DİQQƏT! Bakıda bu 2 prospektin kəsişməsində hərəkət dəyişdirildi
Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində artıq daha bir önəmli layihənin icrası yekunlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Belə ki, dəyişikliklik nəticəsində artıq Ziya Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcıları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət svetoforlarla nizamlanır.
Dəyişikliyin üstün cəhətləri
bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir;
piyada təhlükəsizliyi təmin edilir;
sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir;
nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.