Türk müğənnisi Sərdar Ortaçla 5 illik evliliyini bitirən Xloe Luqnan boşandıqdan sonra ilk dəfə açıqlama verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ayrıldıqdan sonra özünü daha yaxşı hiss etdiyini deyib.
"Sevgi ilə bağlı problemimiz olmayıb. Evliliyimiz boyunca Sərdarı çox sevmişəm. Hələ də sevirəm. Çox yaxın dostlarıq. Ancaq boşanmağın hər ikimiz üçün ən yaxşı qərar olduğunu düşündük. Təbii ki, hər evlilikdə problemlər olur. Ancaq təəssüf ki, hər problemi də həll etmək olmur" deyə, Xloe bildirib.
Qeyd edək ki, cütlük 2014-ci ildə evlənmişdi. Onlar ötən ay boşanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.