banner
banner

İdman

Ermənilər bizdən üzr tələb edirlər

Ermənilər bizdən üzr tələb edirlər

Ermənistan Sambo Federasiyası Moskvada keçirilən Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda erməni himni səslənərkən oturan Bəxtiyar Abbasovun davranışıyla əlaqədar Azərbaycan Sambo Federasiyasından üzr istəməyi tələb edib.
Erməni tərəfi bununla bağlı həmçinin məsələyə açıqlama istəyib.

"Azərbaycan samboçusu Bəxtiyar Abbasovun hərəkətinə görə heç kim onu ittiham etmədi və hətta KİV onun hərəkətini qəhrəman kimi xarakterizə etdi. Ermənistan Sambo Federasiyası idmançının bu davranışını yalnız idman əxlaqının pozulması deyil, həm də siyasi və milli qərəzin təzahürü hesab edir. Bu yalnız bizim üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün yolverilməzdir. Beləliklə, biz yalnız Beynəlxalq sambo federasiyası tərəfindən idmançının cəzasını tələb etmirik, amma Azərbaycan Sambo Federasiyasından üz istəmələrini tələb edirik”, - deyə ESF bəyanatında deyilir.

Xatirladaq ki, Ermənistan Sambo Federasiyasının prezidenti Levon Ayrapetyan bir müddət əvvəl verdiyi açıqlamasında Moskvada keçirilən Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda erməni himni səslənərkən oturan Bəxtiyar Abbasovun bu hərəkətindən etiraz etməyəcəklərini bildirmişdi.

Qeyd edək ki, Dünya Kubokunda millimiz ümumi komanda sayında 35 ölkə arasında meydan sahibi Rusiyadan sonra II yeri tutub. Ermənistanın yeganə medalı isə məhz Aşot Danielyanın qazandığı "qızıl" olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.