"Azərsu" "skoç"la boru bərpa edir? - RƏSMİ açıqlama
Su borusunun "skoç"la bərpa olunması məsələsinə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəsmi cavab verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, həmin boru azbes borudur və onunla içməli su yox, tullantı suyu axıdılır:
"Həmin görüntülər Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi 25 ünvanında çəkilib. Onun su borusu olduğu deyilsə də, bu, belə deyil, həmin boru azbes borudur və onunla tullantı suyu axıdılır. Kadrdan da gördüyünüz kimi, ərazidə yeni kanalizasiya xətləri çəkilir. Tikinti zamanı zədələnmiş azbes borunun bərpası üçün ilkin olaraq oradan axan tullantı suyun qarşısını almaq tələb olunur ki, xəndəyə su yığılmasın və yeni xəttin çəkilişinə maneə törətməsin. Məhz buna görə skoçla axıntının qarşısı alınır".
A.Cəbrayıllı qeyd edib ki, yeni xətt çəkildikdən sonra onun üzəri əks dolğu materialları ilə örtüldükdən sonra həmin zədələnmiş hissə betonla bərkidiləcək:
"Ən sonda yeni kanalizasiya sistemi istismara veriləndən sonra həmin azbes borularla axıdılan tullantı suları yeni şəbəkəyə yönəldiləcək və borular istismardan çıxarılacaq".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.