Müğənni Tarkan yeni açıqlaması ilə özü ilə bağlı yeni iddianın ortaya atılmasına səbəb olub.
Axşam.az xəbər verir ki, 1 yaşında Liya adlı qızı olan ifaçı ikinci uşağı istədiyini gizlətməyib.
Modelyer Gülnur Güneşin toyuna qatılan Tarkan yaxınlarına "Uşaqları çox sevirəm. İkinci dəfə ata olmaq fikri artıq mənə uzaq deyil" sözlərini söyləyib.
Bu açıqlama sənətçinin ikinci dəfə ata olmağa hazırlaşması iddiasını ortaya atıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.