Fədayə Laçın: "Çıxdım, taksiyə oturub getdim" - Müğənni niyə məxfi şəkildə azadlığa buraxıldı?
Bu gün səhər saatlarında müğənni Fədayə Laçının azadlığa buraxıldığı bildirilir.
Musavat.com xəbər verir ki, müxtəlif KİV nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasının önünı toplaşaraq, müğənninin azadlığa çıxmasımı gözləyir. Lakin müəssisənin rəisi Elnur İsmayılov müğənninin səhər saatlarında azadlığa buraxıldığımı bildirib. Lakin müğənninin vəkili Nirəngiz Qarayeva və bacısı İlahə Fəda jurnalistlərə açıqlamasında bildirirblər ki, yayılan məlumat doğru deyil: "Fədayə Laçın hələ ki, azadlığa buraxılmayıb. Təxminən bir saata müəssisədən buraxılacağını gözləyirik".
Maraqlıdır, ictimaiyyətin və medianın diqqətində olan tanınmış şəxsi azadlığa çıxmasında nəvar ki, buna məxfilik donu geydirilir?
Daha sonra təcridxananın rəisi Elnur İsmayılov müğənninin gizlin şəkildə azadlığa buraxıldığını deyərək, onun nömrəsini verib. Jurnalistlər həmin nömrə ilə əlaqə saxlayıblar və cavab verən Fədayə Laçın olduğunu deyib:
"Mən təcridxananın digər qapısından azadlığa buraxıldım. Çıxan zaman məni qarşılayan heç kim olmadı. Sakitcə taksiyə oturub, anamın yaşadığı evə gəldim. Heç bacımın da xəbəri yoxdur".
Qeyd edək ki, müğənninin vəkili və bacısı İlahə Fəda bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmışdı. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu gün başa çatır.
Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.