banner
banner

Hərbİ

Sergey Şoyqu Zakir Həsənovu Moskvada keçiriləcək bayram tədbirlərinə dəvət edib

Sergey Şoyqu Zakir Həsənovu Moskvada keçiriləcək bayram tədbirlərinə dəvət edib

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu MDB ölkələrindən olan həmkarlarını keçmiş SSRİ xalqlarının ortaq hərbi tarixini yenidən yazmağa və II Dünya müharibəsi hadisələrini təhrif etməyə çalışanlarla mübarizə aparmağa çağırıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Bu tarixin yenidən yazılması üçün edilən istənilən cəhdlərə, xüsusən də qalibləri məğlub, məğlubları isə qalib kimi qələmə vermək cəhdlərinə qarşı mübarizə aparmaq üçün hər şey edilməlidir", - S.Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Onun sözlərinə görə, məhz tarixin saxtalaşdırılmasının qarşısını almaq məqsədi ilə Rusiya tərəfi Qələbə Gününün 75-ci ildönümünün qeyd olunması ilə bağlı Moskvada keçiriləcək bayram tədbirlərinə MDB ölkələrindən olan həmkarlarını da dəvət edib.

"Bütün həmkarlarımızı Birlik ölkələrinin hərbi kontingentlərinin Qırmızı Meydanda Qələbə Paradında iştirak etməsi üçün Moskvaya dəvət etdik", - S.Şoyqu deyib.

O, Azərbaycan hərbçilərinin əvvəllər olduğu kimi, bu tədbirdə də fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.