banner
banner

Şou

"Heç vaxt belə səhv buraxmazdım" - Röya

"Heç vaxt belə səhv buraxmazdım"

Müğənni Röya Ayxan Türkiyədə işıq üzü görəcək albomunun gecikmə səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi səsi ilə bağlı müalicə aldığını bildirib:

“Heç bir yeniliyim yoxdur. Çox əsəbiləşirəm. Ona görə səsim yerində olmur, albom üçün qalan bir-iki mahnını da oxuya bilmirəm. İndi müalicə alıram. Bu albom Türkiyədəki işlərimə aiddir. Azərbaycanda disk çıxartmağı düşünmürəm. Bu yaxınlarda birini təhvil verdim, bəsdir. Gülşənin “Bayıla-bayıla” bəstəsini oxumayacam. Əvvəlcədən danışmaq mənə düşmür. Heç vaxt belə səhv buraxmazdım. Gərək o haqda deməzdim. Başqa bir bəstəsini ifa edəcəm”.

R.Ayxan bundan sonra çəkdirəcəyi kliplərin də sayını azaldacağını bildirb:

“Artıq mən də həmkarlarım kimi düşünürəm: klipi ancaq internet üçün çəkirik. Efirlərimizdə klip saatı yoxdur. Yerli müğənnilərə 1 saat vaxt ayırırlar. Əvvəl 60-90 min verib, ildə neçə klip çəkdirirdim. Amma indi etməyəcəm. Ucuz çəkdirə bilmərəm, prestij var, aşağı düşmərəm. Amma ildə cəmi bir klip çəkdirəcəm. Görürsünüz ki, efirə də çıxmıran. İnstaqramda, “Facebook"da varsan, hamı səni görür, bəsdir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.