Baş rollarını türkiyəli sənətçilər Furkan Andıç və Aybüke Pusatın oynadığı “Her yerde sen” serialı final edir.
Axşam.az xəbər verir ki, buna zəmin yaradan isə ekran işinin yüksək reytinq almamasıdır. Belə ki, son zamanlar az izlənilən serialın baxış sayını artırmaq üçün yayım günü də dəyişilib. Lakin bu dəyişiklik belə reytinqi yüksəltmək iqtidarında olmayıb.
Verilən qərara əsasən, serial üç bölüm sonra ekranla vidalaşacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.