banner
banner

Sosİal

“Ad gününü kolbasa çörəklə qeyd edirdik” -Rövnəq Abdullayevin tələbə yoldaşı

“Ad gününü kolbasa çörəklə qeyd edirdik”

“Rövnəq Abdullayev çox yaxşı tələbə idi. O, dərslərini yaxşı oxuyurdu, əlaçı idi, həmçinin də qrup nümayəndəsi idi”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayevin qrup yoldaşı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) zavodun direktoru Ayaz Qarayev deyib.

O, bu gün 50 yaşı tamam olan Rövnəq Abdullayevin tələbəlik illərindən danıb və xoş xatirələrini bölüşüb:

“Biz Rövnəq müəllimlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda bir qrupda oxumuşuq. Onunla tələbəlik illərində yaxın münasibətimiz olub. Daha sonra onunla birlikdə Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşuq”.

A.Qarayevin sözlərinə görə, ARDNŞ prezidenti tələbəlik vaxtı əlaçı olub: “Onunla Sənaye və mülki tikinti fakültəsində təhsil alırdıq. Rövnəq müəllim dərslərə həmişə hazır gəlirdi. O, daha çox texniki fənlərlə maraqlanırdı. Rövnəq müəllimin qiymətləri həmişə “5” olurdu. Daha sonra biz Moskvada təhsilimizi davam etdirdik. O zamanlar bir yataqxanada qalırdıq. Rövnəq müəllim əla tələbə və qrup yoldaşı idi”.

A.Qarayev tələbəlik illərində qeyd olunan ad günləri ilə bağlı xoş xatirələrində bölüşüb.

“O vaxtlar biz bütün qrup yoldaşlarımızın ad günlərini qeyd edirdik. Tələbəlikdə kolbasa çörək alıb, bir yerə toplaşadıq. Bununla da biz ad günü keçirirdik”.
A.Qarayev R. Abdullayevlə hərdənbir görüşdünü də sözlərinə əlavə edib: “Hazırda mən müəssisə rəhbəriyəm. Rövnəq müəllimlə hərdənbir görüşürəm. Görüşlərimiz yalnız işlə əlaqədar olur”-deyə qeyd edib.

Sonda isə A. Qarayev Rövnəq Abdullayevi yubileyi münasibətilə təbrik edib: Rövnəq müəllimə can-sağlığı və uzun ömür arzu edirəç. Şərəfli işində daha da böyük nailiyyətlər əldə etsin. Qardaş qadaşa nə arzu edirsə mən də qrup yoldaşıma onu arzu edirəm”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.