banner
banner

Dünya

Türkiyə şokda- Daha bir ailə intihar etdi

Türkiyə şokda-

Türkiyədə daha bir ailə sianid maddəsinin qurbanı olub.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulun Bakırköy rayonunda 1-i uşaq olmaqla 3 nəfər evdə ölü şəkildə tapılıb. Ölənlərin ər-arvad Zübeyde Delenlə (38 yaş) Bahattin Delen (38 yaş) və oğulları Ali (6 yaş) olduğu məlum olub.

Hadisə yerinə gələn tibb işçiləri ailənin sianid adlı zəhərli maddəni içərək öldüklərini müəyyənləşdiriblər.

Polis əməkdaşları xüsusi geyimlərlə binanı və ətraf bölgəni yoxlamağa başlayıblar. Həmin binada zəhərli maddənin olub- olmadığını müəyyənləşdirmək üçün Afyonkarahisar Kimyəvi Bioloji Radioloji Nüvə Təhdidləri bölməsinin əməkdaşları hadisə yerinə dəvət ediliblər. Bina sakinləri təxliyyə edilib, küçədə hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, noyabr ayı ərzində Türkiyədə iki ailə sianid içərək canlarına qəsd edib. Bunlar eyni anda intihar edən 4 bacı-qardaş və daha bir 4 nəfərlik (ata, ana və iki uşaq) ailədir.


 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.