banner
banner

Dünya

Rusiya ordusuna əmr verildi

Rusiya ordusuna əmr verildi

Rusiyanın Orenburq vilayətində bütöv bir raket qoşunu həyəcan siqnalı ilə ayağa qaldırılıb.
Strateji təyinatlı raket qüvvələrlərinin 300 texnikası və 3,5 mindən çox hərbi qulluqçusu döyüş hazırlığı vəziyətinə gətirilib.
Bu əməliyyatlar Strateji təyinatlı raket qüvvələrləri komandanının rəhbərliyi altında təlimlər çərçivəsində həyata keçirilir.
Qərargahlarda ən yüksək səviyyədə yoxlamalar aparılır, həmçinin komandanlığın və operativ qrupun praktiki bacarıqları nəzərdən keçirilir. Xüsusilə hərbçilərin nə qədər qısa bir zamanda raket silahlarını və texnikanı döyüş hazırlığı vəziyyətinə gətirilmə bacarığı yoxlanılır.
Təlimlərə raket qoşunları, diviziya və alaylar cəlb edilib. Təlimlərdə həmçinin şərti düşmənin diversiya qruplarının hərbi hissələrə hücumları canlandırılacaq.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.