banner
banner

Dünya

Nüvə silahı ölkələrə nə verir - Yaponiya təlaşı...

Nüvə silahı ölkələrə nə verir

Əhəd Məmmədli: “Nüvə derjavası olmağın mütləqdir”

Ramil Məmmədli: “Dünya nüvə silahının gücünü ikinci dünya müharibəsində gördü”

Dünyada əsl nüvə gücü Yaponiyadır.

Axar.az xəbər verir ki, bu iddia ilə Çinin “Sohu” saytı çıxış edib. Sayt Yaponiya ilə qonşu olan ölkələrin diqqətli olmaları gərəkdiyini bildirib.

Məlumata görə, Yaponiya özünün mülki AES-lərini inkişaf etdirmək bəhanəsiylə böyük miqdarda nüvə yanacağı əldə edə bilib. Bunun Tokionun 6 min bomba əldə etməsinə yardımçı olacağı vurğulanıb: “Yaponiya döyüş qabiliyyətinə görə dünyada ilk onluqda yer alır və onun texnoloji inkişaf səviyyəsini qiymətləndirməmək mümkün deyil. Tokionun nüvə silahından istifadə etməsi qadağan olunsa da, o dünyada nüvə texnologiyalarından istifadə də lider olaraq qalır. Döyüş fəaliyyətləri şəraitində Tokio əlində olan materiallardan sürətli şəkildə nüvə silahı hazırlaya biləcək”.

Qeyd edək ki, son zamanlar atom bombasına malik olmayan ölkələrin dövlət başçılarının təlaşı artmaqdadır. Son olaraq, günlər öncə Roma Papası dünya liderlərini nüvə silahlarından imtina etməyə çağırmışdı.

Bu silaha malik olan dövlətlərin hansı üstünlüklərə malik olmaları barədə tez-tez fərqli mövqelərə rast gəlirik. Doğrudur, nüvəyə sahib heç bir ölkənin bu silahdan istifadə etməsinin asan məsələ olmadığı güzgü kimi aydındır. Amma bununla belə bu silaha malik ölkələrin bundan təhdid vasitəsi kimi tez-tez istifadə etdiyinin şahidi oluruq. Hazırda nüvə silahına sahib olmağa cəhd edən dövlətlərin də kifayət qədər olduğunu söyləyə bilərik. 

Bu zaman bir sual yaranır. Dövlətləri nə üçün nüvə silahı bu qədər cəzb edir?

Politoloq Əhəd Məmmədli dövlət təhlükəsizliyi üçün bu silahın təminatçı olduğunu qeyd etdi: “Müasir dünyada böyük olmaq istəyirsənsə, nüvə derjavası olmalısan. Atom bomban yoxdursa, sən nə qədər böyük olursan ol, nüvə derjavası olmayana qədər müasir beynəlxalq siyasətinin parametrlərinə tam cavab vermək mümkün olmayacaq. Atom bombası ən azından dövlət təhlükəsizliyi, ərazi bütövlüyünün təminatçısı anlamına gəlir. Bunun bariz nümunəsi kimi Ukraynanı göstərə bilərik. Ötən əsrin sonunda Ukraynanın atom bombasından imtina etməsi onun üçün baha başa gəldi. Təsəvvür edin ki, Ukraynanın atom bombası olsaydı, Rusiya təcavüz edə bilərdi? Əsla edə bilməzdi. Və yaxud elə Rusiyanın özünü götürək. Rusiya nüvə derjavası olmasaydı, sizi əmin edim ki, onu Serbiyadan betər günə salardılar. Şimali Koreya balaca ölkədir. Oradakı kommunist rejimi sırf atom bombası hesabına ayaqdadır. Bütün bunları müasir dünyada atom bombası ölkəsi nə deməkdir olduğu üçün sadaladım. Türkiyə, Yaponiya kimi dövlətlər yenidən ən böyüklərin sırasına daxil olmaq istəyirlərsə, hökmən nüvə derjavası olmalıdır. Əks halda ən yaxşı halda natamam böyük olaraq qalacaqlar. Bu da atom bombası olan ölkələrdən onları həmişə bir addım arxada qoyacaq. Neyləmək olar, müasir dünyanın reallıqları böyük olmağı tələb edirsə, nüvə derjavası olmağın mütləqdir”.

Hərbi icmalçı Ramil Məmmədli dövlətlər üçün hansısa siyasi gedişlərdə önəm oynadığını düşünür: “Dünya nüvə silahının gücünü ikinci dünya müharibəsində gördü və bu, ölkələr arasında siyasi münasibətlərə təsir etməyə başladı. Ötən bu dövr ərzində bu amil dünyada siyasi vəziyyəti dəyişib. Ötən əsrdə soyuq müharibə dalğası zamanı ABŞ-la SSRİ bir-biri ilə nüvə silahı amilindən istifadə etməklə danışıblar. Lakin hər nüvə silahına sahib olan ölkələrə hegomon dövlət demək düzgün deyil. Məsələn, siyasi yanaşmada dünyanın hegomon ölkələri 7+1 ölkələrdir. Biz hansı əsaslarla Pakistana hegomon dövlət deyə bilərik?! Pakistan bu nüvə amilindən yalnız Hindistana qarşı istifadə edə bilir. Söhbət burada nüvə silahından gedirsə, əsas məqam kimi "nüvə başlıqları" ilə bağlıdır. ABŞ və Rusiyanın icazəsi olmadan digər nüvə silahına malik dövlətlər bunu istifadə edə bilməzlər. Bu gün bəzi ölkələrdə də nüvə silahına sahib olmaq prosesinə başlayıblar. Onlar da özlərini nüvə ölkəsi siyahısında görmək istəyirlər. O ki qaldı nüvə silahına malik ölkələrin üstünlüklərinə, yuxarıda qeyd etdiyim kimi bu, yalnız hansısa siyasi gedişlərdə üstünlük qazandıran amil ola bilər. Lakin ABŞ və Rusiyanı çıxmaq şərti ilə digər heç bir dövlət dünyada geniş siyasi manevr imkanlarına malik deyillər. Yəni demək istəyirəm ki, heç də nüvə silahı dövlətlərə ciddi üstünlük vermir. Nüvə silahından istifadə ehtimalı sıfıra bərabərdir. Onsuz da nüvə silahına bərabər kimyəvi və bioloji silahlardan istifadə edilir. Digər tərəfdən nüvə silahına sahib dövlətlərin strateji xəttində dünya düzənini dəyişmək kimi planlar yoxdur. Bunu dövlətlər təhlükəli tendensiya hesab edirlər. Doğrudur, özlərini hərbi doktorinalarında müəyyən məqamlar var. Lakin bu heç də istifadə etməyə zərurət yaratmır. Türkiyənin nüvə silahına sahib olmaq istəyində olduğu barədə vaxtaşırı fikirlər dolaşır. Açığı bu ölkənin nüvə silahı yaratmaqla bağlı istəyinin olduğunu düşünmürəm. Çünki ABŞ-a məxsus nüvə başlıqları illərdir Türkiyə ərazisində saxlanılır. Məhz İncirlikdəki hərbi baza bu məqsəd üçün təyinatlandırılıb. Ümumiyyətlə, dünyanın iri dövlətləri nüvə silahının istifadəsinin qarşısının alınması üçün daim ciddi tədbirlər həyata keçirirlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.