banner
banner

Hərbİ

Müdafiə Nazirliyi Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirib

Müdafiə Nazirliyi Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirib

Müdafiə Nazirliyi Göyçayda həyətə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumatara aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cia.az-a verilən məlumatda qeyd olunur ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb: “Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir. Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.