Murad Dalkılıçdan ayrıldıqdan sonra Hakan Sabancı ilə qısa müddətli eşq yaşayan və bundan peşman olduğunu dilə gətirən türkiyəli aktrisa Merve Boluğur depresiyadan çıxıb.
Axşam.az xəbər verir ki, sənətçi nəhayət ki, uzun müddət sonra evdən çıxmağa qərar verib. O, rəfiqələri ilə birlikdə əyləncə məkanına gedib. Burada rəqs edib, mahnı oxuyan Mervenin şənlənməsi dostlarını da məmnun edib.
Qeyd edək ki, Boluğur depresiyadan çıxmaq üçün psixoloji yardım alırdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.