Aylardır boşanacaqları deyilən məşhur cütlük Beren Saat ilə Kənan Doğulu yenidən biraraya gəlmələrini qeyd etmək üçün Los-Ancelesdəki evlərinə gediblər.
Axşam.az xəbər verir ki, sənətçi aralarındakı problemi necə aşdıqlarını soruşan dostuna belə deyib:
"Ona olan sevgim və itirmə qorxusu hər şeyə qalib gəldi. Beren ilə tanış olduqdan sonra bu qorxunu aşa bilmədim və istəmirəm. Çünki bu münasibətimizi daha gözəl edir".
Qeyd edək ki, sosial mediada cütlüyün bir-birlərinə xəyanət etdikləri də söylənilsə də, onlar bu iddiaları təkzib etmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.