Türkiyəli aktyor Can Yaman son günlərdə açıqlamaları və davranışları ilə səs-küyə səbəb olub.
Axşam.az xəbər verir ki, pərəstişkarları və həmkarları tərəfindən tənqid atəşinə tutulan sənətçiyə bir qadağa da "Erkenci Kuş" serialındakı tərəf müqabili Demet Özdemirdən gəlib. Yamanın "Demetlə serialın 20-ci bölümündə sevgili olduq" deməsi aktrisanı hiddətləndirib. O, meneceri vasitəsilə Cana "Mənim haqqımda heç bir yerdə danışma" deyərək, xəbər göndərib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.