banner
banner

Sosİal

“ADA” Universitetində işgüzar görüş keçirilib

“ADA” Universitetində işgüzar görüş keçirilib

“ADA” Universiteti ilə “Azəralüminium” MMC-nin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

CİA.AZ bu barədə universitetə istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı Universitetin rektoru Hafiz Paşayev və müəssisənin direktoru Maksim Cavadov tələbə və məzunların məşğulluq imkanları, elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, eləcə də “Azəralüminium” MMC-nin informasiya texnologiyaları üzrə mütəxəssislərinin həmin sahə üçün hazırlanan kadrların təcrübə keçməsinə cəlb olunması və ümumilikdə bu qəbildən əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.

Qeyd olunub ki, İT üzrə mütəxəssislərin hazırlanması layihənin ilkin mərhələsidır. Layihənin davamı olaraq biznesin idarəolunması, marketinq və digər sahələr üzrə yeni kadrların hazırlanması, həmçinin elmi potensialdan istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması da nəzərdə tutulur.

“Azəralüminium” MMC və ADA Universiteti arasında həyata keçirilən bu qəbildən layihələr tələbələr arasında biznes ideyalarının yaranması, innovativ təşəbbüslərin gerçəkləşməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair birgə proqramlar həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.