Kölndən İtaliyanın Venesiya şəhərinə uçan Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus A319 təyyarəsi Ştutqart aeroportuna planlaşdırılmamış eniş edib. Hava limanının rəhbəri Qeorq Fundel bildirib ki, eniş zamanı heç kim zərər çəkməyib. Alman agentliyi DPA xəbər verib ki, təyyarədə texniki nasazlıqlar baş verib. Yaranmış qəzalı vəziyyətə görə hava nəqliyyat vasitəsi eniş edib. Lakin "Germanwings" bu informasiyanı təkzib edib. Şirkətin mətbuat xidmətinin nümayəndəsi deyib ki, pilot təhlükəsizlik qaydalarına görə belə bir qərar qəbul edib. Amma eniş qəzaya görə olmayıb. Əsl təfərrüatlar sonra aydınlaşdırılacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.