banner
banner

Dünya

Ermənistanda doğum evinin baş həkimi həbs olundu: O, daxili orqanların alverində şübhəli bilinir

Ermənistanda doğum evinin baş həkimi həbs olundu:

Ermənistanda uşaq alveri ilə bağlı öncə də məlumat vermişdik. Yerli mətbuat dönə-dönə bu məsələyə qayıdır. Aydın görünür ki, bu sahədə ciddi problemlər var. Təqdim etdiyimiz bu xəbər isə “JAMnews” saytında gedib. Bu sayt Qərbə bağlıdır. Əsasən Qafqazda baş verən olayları ələ alır.

Sayt bildirir ki, Ermənistanın baş doğuş həkimi və Respublika Doğum Xəstəxanasının direktoru Razmik Abrahamyan və daha bir neçə şəxs əcnəbilər tərəfindən uşaqların qanunsuz olaraq övladlığa götürülməsi ilə bağlı ortaya çıxan qalmaqala görə həbs olunub.

İstintaq üzə çıxarıb ki, bir çox hallarda analara uşaqlarının ya xəstə, ya da ölü doğulduğu bildirilib. Bu kimi yalanlarla üzləşən analar öz uşaqlarından onları övladlığa götürmək istəyənlərin xeyrinə imtina etməyə məcbur ediliblər.

Analarından bu şəkildə alınan uşaqların əksəriyyəti əcnəbilər tərəfindən övladlığa götürülüb. İstintaqa 30-dan çox belə hal məlumdur.

Uşaqların daxili orqanları satmaq məqsədi ilə övladlığa götürülməsi ilə əlaqədar narahatlıq var, lakin bu günə qədər bu ehtimal öz təsdiqini tapmayıb.

"Mən həmişə nəyinsə səhv olduğunu hiss edirdim"

İtaliyadan olan qəyyum valideynlər tərəfindən uşaqların övladlığa götürülməsi ilə bağlı məhkəmə ilk dəfə noyabr ayında baş tutdu. Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən üzə çıxarılan bu iş ölkədə ciddi rezonans doğurdu.

Bəlli oldu ki, anaları uşaqlardan imtina etmək üçün psixoloji və digər təzyiq formalarından istifadə olunub. Qurbanlar əsasən şəxsi və ya sosial səbəblərdən hamiləliklərini ləğv etmək niyyətində olan qadınlar arasından seçilib.

Bəzi hallarda qadınlar şantaj olunub və bəziləri isə hamiləlikləri ilə bağlı ictimaiyyətə açıqlanma veriləcəyi ilə hədələniblər

Doğuşdan sonra saxta diaqnozla xəstə elan olunan uşaqlar anlardan alınaraq onları övladlığa götürülmək istəyən şəxslərə ötürülürdü. Erməni uşaqlarının əcnəbilər tərəfindən şübhəli şəkildə övladlığa götürülməsi barədə söz-söhbət 2019-cu ilin yanvarında yenidən ortaya çıxdı.

O dövrdə Baş Nazirin müavini vəzifəsini icra etmiş Ararat Mirzoyan (hazırda Baş Nazirin birinci müavinidir. E.H) uşaq orqanlarını satmaq üçün övladlığa götürülmə hallarının olduğunu söylədi: “Bir neçə ay işlədiyim müddətdə bu dolaşıqlığı açmaq üçün əlimdən gələni etməyə çalışdım və daim bu işdə nəyinsə səhv olduğunu hiss etdim. Amma hələ də aydın nəticələr əldə edə bilmədim. Haqqında danışacağımız pul doğum evlərindən başlayır və digər müəssisələrdə davam edir, bu, aysberqin yalnız görünən hissəsidir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.