"Evliliyimiz mükəmməl deyil" - Arda Turanın arvadı
Türkiyəli futbolçu Arda Turanın arvadı Aslıhan Doğan Turan yerli nəşrlərdən birinə müsahibə verib.
Axşam.az xəbər verir ki, yeni dizaynlarından bəhs edən Aslıhan evliliyi haqda da danışıb. İkinci uşağına iki aylıq hamilə olan Turan əri ilə yaxşı anlaşdığını söyləyib.
"Hər ikimiz yalanı sevmirik. Sakit ailəyik. Ər-arvaddan əlavə onunla yaxşı dostuq. Heç münaqişə etmirik, mükəmməl evliliyimiz var deyə bilmərəm. Ancaq problemlərimizi, böyütmədən, küsmədən həll edirik" deyə, o, bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.