Rusiya xarici işlər naaziri Sergey Lavrov Türkiyəyə xəbərdarlıq edib. Lavrov bildirib ki, Türkiyənin nümayəndə heyəti Ukraynadan ərazisindən Krıma səfər edə bilməz. "Biz Türkiyə nümayəndə heyətinin Krıma səfərinə münasibətimiz çox yaxşıdı. Amma bu ziyarət Ukrayna ərazisindən həyata keçirilməməlidir. Krım respublikasına səfər etmək üçün Rusiyanın müvafiq orqanlarına müraciət edilməlidir", - deyə Sergey Lavrov bildirib. Nazir onu da bildirib ki, bu məsələdə Rusiyanın mövqeyi Türkiyə tərəfinə çatdırılıb: "Əgər Türkiyə tərəfi həqiqətən Krımda yaşananları görmək istəyirsə, mütləq bizim təklifimizi qəbul etməlidir".(anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.