Türkiyəli müğənni Sıla aşpaz Hazer Amani ilə ailə həyatı qurub.
Sılanın nikah şahidi meneceri Sərkan Güneylə musiqi direktoru Burak Ərkul, Hazerin isə şoumen Bəyazid Öztürk və Kamal İnal olub. Cütlük nikahdan sonra Nişantaşında yerləşən məkanların birində ailələri və dostlarının iştirak etdiyi 100 nəfərlik məclis təşkil edəcəklər.
Xatırladaq ki, ifaçı nikahını hər kəsdən gizlətmək üçün mərasimi Nişantaşındakı evində gerçəkləşdirib.
Qeyd edək ki, sevgililər bal ayı üçün Romaya yollanacaqlar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.