banner
banner

İdman

Kike Setyen "Barselona"da debütünü qələbə ilə qeyd edib

Kike Setyen "Barselona"da debütünü qələbə ilə qeyd edib

İspaniya La Liqasında XX tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə daha 5 görüş keçirilib.

"Valensiya" təhlükəli zonada qərarlaşan "Malyorka"ya böyük hesabla məğlub olub. Yuxarı pillələrdə yer alan "Real Sosyedad" da "Betis" səfərindən yenilgi ilə dönüb. Autsayder "Espanyol" "Vilyarreal" üzərində səfər qələbəsinə sevinib.

"Barselona" isə yeni baş məşqçisi Kike Setyenin rəhbərliyi altında ilk oyununa çıxıb. Kataloniya təmsilçisi kapitanı Lionel Messinin 76-cı dəqiqədə vurduğu yeganə qol sayəsində qələbə qazanaraq, liderliyini qoruyub.

İspaniya La Liqası
XX tur
19 yanvar
"Malyorka" - "Valensiya" - 4:1
Raillo, 7; Budimir, 22, 41; Rodriges, 79 - Torres, 82
"Betis" - "Real Sosyedad" - 3:0
İqlesias, 27; Xoakin, 44; Kanales, 90+5
"Vilyarreal" - "Espanyol" - 1:2
Kazorla, 62 (pen.) - Lopes, 5; de Tomas, 47
"Atletik" - "Selta" - 1:1
Raul Qarsiya, 76 (pen.) - Rafinya, 56
"Barselona" - "Qranada" - 1:0
Messi, 76

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.