Və nəhayət uzun müddət nurçularla mübarizə aparan dövlət başçısının qarşısına belə bir qaranlıq çıxmalı idi… Hər qaranlıqda nur axtaran tapılır. Ona görə də bəzən işıq gələn yerə getmək istəyi yalnız cırtdanlara məxsus olmur. Maraqlı burasıdır ki, həm terror aktı, həm də işıqların sönməsi tək olduqca müəmalı məsələ məhz martın 31-də baş verdi. Azərbaycanlıların soyqırımının qeyd olunduğu bir vaxtda. Türkiyə də həmin qurbanların ruhu ilə dolu idi. Ermənilər öz taktika və strategiyalarını heç vaxt dəyişmir. Həmişə onlar özgə ölkələrin və millətlərin hesabına öz ərazilərini genişlərdirməyə çalışıblar və buna da nail olublar. Özü də çox vaxt onların torpaq yağmaladığı ölkə biz olmuşuq. Bir az tarixə ekskursiya eliyək.
Ötən əsrin əvvəllərində Batumda keçirilən iclasda Azərbaycan ermənilərə böyük bir ərazi verir. Əvəzində ermənilər öz əlləri ilə yazıb imza atırlar ki, biz Qarabağın Dağlıq hissəsinə heç vaxt iddia etməyəcəyik... Ancaq verdikləri sözə tez bir zamanda xilaf çıxırlar. Oxşar hadisə 90-cı illərdə də baş verib. Bu artıq bizim iştirak etdiyimiz tarixin bir parçasıdır. Elə bunun Levon Ter-Petrosyan danışıqlar aparırdı, ermənilər bu zaman Şuşanı aparırdı. Ter-Petrosyan deyirdi ki, bu bizlik deyil, Dağlıq Qarabağda bizə tabe olmayan qüvvələr var, saqqallılar var onlarla danışın.
Petrosyanın bir, Koçaryanın ayrı bəyanatının verildiyi vaxta aid əlimizdə maraqlı bir video yazı da var ki, ona baxmağınızı istərdim. Çox qısadı. Burda Levon da gülür, Robert də. Levon müsahibə alırmış kimi mikrofonu Koçaryana uzadır və ondan soruşur haralısan? Robert də cavab verir ki, gülə-gülə cavab verir ki, albanam.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.