banner
banner

Sağlamlıq

Darçınlı süd içərək arıqlayın!

Darçınlı süd içərək arıqlayın!

Ayaq, omba və qarındakı yağları əritmək bəzən çox  çətindir. Ancaq günlərlə ac qalmadan da arıqlamaq mümkündür. Bu sahədə aparılan yeni araşdırmalar darçınlı südün xüsusilə də ayaqlardakı və qarındakı yağları əritdiyini ortaya çıxarıb. Siz də bu dadlı içkidən içərək arıqlama prosesini sürətləndirə bilərsiniz.

Darçın qan şəkərini nizamlayır və enerjini artırır. Həmçinin, insanı uzun müddət tox saxlayır, maddələr mübadiləsini sürətləndirərək daha çox kalori xərcləməyə vadar edir.

Südün tərkibindəki kalsium bədəndəki çətin yağların əriməsini və sümüklərin güclənməsini təmin edir. Ən yaxşı zülal mənbələrindən biri olan süd əzələləri də gücləndirir. Südün ehtiva etdiyi “laktoz” adlı maddə bu xüsusiyyəti ilə insanın şəkər ehtiyacını qarşılayır.

Arıqlamağa kömək edən iki qidanı birlikdə istifadə etdikdə 1 ayda 4 kilo arıqlamaq mümkündür. Bəs darçınlı südü necə istifadə etdikdə effektini görmək olar?

1 stəkan südə yarım çay qaşığı darçın əlavə edib yaxşıca qarışdırın. Bu qarışımı axşamlar və yatmadan 3 saat öncə olmaqla gündə 2 stəkan içmək kifayətdir.

Az yağlı süddən istifadə etsəniz, daha yaxşı olar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.