banner
banner

Gündəm

Koronavirusla daha bir rəsmi açıqlama

Koronavirusla daha bir rəsmi açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Çin Xalq Respublikasında meydana çıxan və digər ölkələrə yayılan yeni koronavirus epidemiyası ilə bağlı yanvarın 30-da ikinci dəfə Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsinin iclasını keçirib.

ÜST-ün Azərbaycandakı nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Çin Xalq Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi mövcud vəziyyətlə və həyata keçirilən qabaqlayıcı tədbirlərlə bağlı məlumat verib.

Artıq ölkə daxilində 7711 təsdiq edilmiş və 12167 şübhəli hal qeydə alınıb. Təsdiq olunmuş hallardan 1370-nin ağır dərəcəli olduğu, 170-nin ölüm halları ilə nəticələndiyi bildirilib. 124 nəfər xəstəlikdən müalicə olunaraq, evə buraxılıb.

ÜST-nin Katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Artıq 18 ölkədə 82 yoluxma halı baş verib. Digər ölkələrdə xəstəliyə yoluxanlardan 7-si Çinə səfər etməyib. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb. Bu üç haldan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.

Komitə Çin hökumət orqanlarının bu məsələdə liderliyini və siyasi öhdəlik götürməsini, şəffaflığını, mövcud epidemiyanın araşdırılması və nəzarətdə saxlanması üçün göstərdiyi səylərini alqışlayıb. Digər ölkələrin sürətli şəkildə diaqnoz qoyması və özlərini qoruya bilməsi üçün Çin virusu tez bir zamanda müəyyənləşdirib və genetik ardıcıllığını paylaşıb. Bu, diaqnostik alətlər dəstinin tez bir zamanda hazırlanmasına şərait yaradıb.

Komitə hesab edir ki, ölkələr xəstəliyin erkən diaqnostikası, təcridi və müalicəsini təmin etməklə, eləcə də təmas yollarının izlənməsi və risklərə uyğun sosial uzaqlaşdırma tədbirlərinin təşviqi ilə virusun yayılmasına müdaxilə etmək mümkündür. İnfeksiyanın yayılması davam etdikcə, onun qarşısını almaq və azaltmaq üçün strateji hədəflər və tədbirlər görüləcəyini qeyd etmək vacibdir. Komitə epidemiyanın hazırda İctimai Səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Vəziyyət meyarlarına cavab verdiyini qəbul edir və Müvəqqəti Tövsiyələr hazırlanmasını məsləhət görür.

Komitə etiraf edir ki, sübutlar, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət baş verən zaman insanların hərəkəti və ticarətin məhdudlaşdırılmasının səmərəsiz ola biləcəyini göstərir. Bundan əlavə, məhdudiyyətlər lazımi yardım və texniki dəstəyə əngəl törədə, biznesi çökdürə, bu fövqəladə halların təsirinə məruz qalmış ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Lakin müəyyən xüsusi vəziyyətlərdə, insanların hərəkətini məhdudlaşdıran tədbirlər müvəqqəti faydalı ola bilər, xüsusilə də, əhalinin həssas qrupu arasında virusun ötürülmə dərəcəsinin yüksək olduğu və cavab tədbirlərinin məhdud olduğu yerlərdə. Belə hallarda, ölkələr bu məhdudiyyəti tətbiq etməzdən əvvəl faydanın zərərdən çox olub-olmayacağını qiymətləndirmək üçün risk və xərcləri təhlil etməlidir. Ölkələr Beynəlxalq Tibbi Sanitariya Qaydalarının (BTSQ) tələbinə uyğun olaraq, səfər tədbirləri barədə ÜST-ə məlumat verməlidir. BTSQ-nin 3-cü maddəsinin prinsiplərinə uyğun olaraq, stiqma və ya ayrı-seçkiliyi təbliğ edən hərəkətlərə yol verilməməlidir.

Baş Direktor zəruri hesab edərsə, Fövqəladə Hallar Komitəsi üç ay ərzində və ya daha tez yenidən toplaşacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.