banner
banner

Gündəm

Koronovirus 425 nəfəri öldürüb, Bakıda isə 5 nəfər...

Koronovirus 425 nəfəri öldürüb,

BDU-da təhsil alan çinli tələbə evə buraxıldı, baş infeksionist narahatlığa əsas görmür; Çində və dünyada epidemiya artır

Azərbaycanda koronovirus aşkarlanmasa da, onunla mübarizə tədbirləri, qabaqlayıcı addımlar davam edir. Artıq üç xəstəxanada 8 palata qurulub, ölkəyə gələn çinlilərin karantinə alınıb. 

Fevralın 4-də Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə yaydığı məlumatda qeyd edib ki, Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib.

Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə ölkəyə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaq.

Çində təhsil alan 1998-ci il təvəllüdlü digər Azərbaycan vətəndaşı sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımi yardım göstərilir.

Çində təhsil alan 1998-ci il təvəllüdlü başqa bir Azərbaycan vətəndaşının da hərarəti normaldır, heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının (qız) da hərarəti normaldır, heç bir şikayəti yoxdur. Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.

coronavirus ile ilgili görsel sonucu"

Bakıda təhsil alan Çin vətəndaşı Liu Youşa isə karantin müddəti bitdiyindən evə buraxılıb. Səhhətində heç bir problem yoxdur.

Liu Youşa BDU-nun tarix fakültəsinin III kursunda təhsil alır. O, yanvarın ortalarında Çindən Azərbaycana dönüb.

Respublikanın baş infeksionisti Cəlal İsayev axar.az-a geniş müsahibəsində qeyd edib ki, təzə bir virus olduğuna görə hələ bilmirik 5 həftədən, 10 həftədən sonra o necə inkişaf edəcək: “Bu səbəbdən vaxtında qarşısının alınması üçün tədbirlər görülməlidir. Azərbaycanda bununla bağlı kifayət qədər tədbir görülür. Çox şükür, hələ Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb. Bundan sonra da bizə gəlmə ehtimalı, mən hesab edirəm ki, çox aşağıdır”.

***

Dünyada isə virusla bağlı vəziyyət fərqlidir. Əvvəla, Çində koronovirusdan ölənlər ümumi yoluxanların 2,1%-ni təşkil edib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, xəstəlikdən sağalanların sayı artır, epidemiya ilə mübarizədə ona qalib gələcəyimizə əminik.

46 aviaşirkət Çinə uçuşları dayandırıb. Çin Mülki Aviasiya İdarəsi yayıb. Aviaşirkətlərin uçuşları koronovirusla əlaqədar dayandırdığını bildirib. Son xəbərə görə, virusa yoluxanların sayı 20,4 minə, ölənlərin sayı isə 425 nəfərə çatıb. Bu da 2003-cü ildə yayılmış SARS virusu ilə əlaqədar ölənlərin sayını artıq keçib. Həmin vaxt 349 nəfər ölmüşdü.

Xəstələrin yerləşdirilməsi üçün Çin hökumətinin qısa müddətdə xüsusi xəstəxana inşa etməsi, onun bu hadisəyə necə ciddi yanaşdığını təsdiq edir. Lakin bir xəstəxana tibb müəssislərinin və həkimlərin çatışmadığı bu region üçün problemin heç də tam həlli demək deyil.

Uxandan yayılan məlumatlar, şəhərin boş küçələri, xəstəxanaların pasientlərlə dolu olduğu gözləmə otaqları vəziyyətin heç də yaxşı olmadığını təsdiq edir.

coronavirus ile ilgili görsel sonucu"

Fevralın 2-də Çindən kənarda, Filippində ilk ölüm halının qeydə alındığı da bildirilir. Bu ölkənin səhiyyə təşkilatları Uxandan yanvarın 21-də Honkonq vasitəsilə Filippinə gəlmiş 44 yaşlı kişinin məhz həmin virusdan vəfat etdiyini təsdiq ediblər. Bununla yanaşı, mütəxəssislərin qənaətinə görə, yeni virus həm Çinin, həm də ətraf ölkələrin iqtisadiyyatına güclü mənfi təsir göstərməkdədir.

Bəzilərinə görə, 1 trilyon, “Wall Street”-ə görəsə, 3 trilyon dollarlıq itkinin olacağı proqnozlaşdırılır. 3 trilyon dollarlıq itkinin hamısı Çinə aid olmasa da, ABŞ şirkətləri yeni marşurutlarını cızmağa başladılar.

Bir-bir ölkədən çıxma qərarı aldılar. “Starbucks” Çindəki 4 300 kafesindən 2 minini qapadıb. Bir neçə həftə içində hamısını qapada bilər. “Apple” kimi şirkətlər də Çindən çıxmaq qərarı alıblar, sadəcə rəsmi açıqlama verməyiblər.

San Fransisko rəsmilərinin ABŞ-da 9-cu koronovirusa yoluxma faktını təsdiqləməsinə baxmayaraq, prezident Donald Tramp bildirib ki, ABŞ Çindən gələn təhlükənin qarşısını alıb. “Biz Çinə kömək təklifi etdik, lakin biz Çindən gələn və koronovirusa yoluxmaq təhlükəsi olan minlərlər insanı qəbul edə bilmərik” - deyə, Tramp söyləyib.

Milli təhlükəsizlik müşaviri Robert Obrayan CBS telekanalına bildirib ki, administrasiya Çinə yardım, xüsusi ilə virusla mübarizə aparmaq üçün mütəxəssislər göndərməyə təklif edib. Lakin Çin bu təklifi qəbul etməyib. “İndiyə qədər Çin keçmiş böhranlara müqayisədə daha şəffaf oldu və biz bunu qiymətləndiririk” - deyə, O’Brayan bildirib. “Bizim çox böyük təcrübəmiz var. Bu dünya miqyasında bir narahatlıqdır. Biz çinli həmkarlarımıza əlimizdən gələn köməyi etməyi istəyirik”, o əlavə edib.

Son 14 gün ərzində Çinə səfər etmiş bütün ABŞ vətəndaşları əlavə yoxlamalar üçün Birləşmiş Ştatların 8 hava limanından birinə aparılacaq.

Çindən gəlmiş bütün ABŞ vətəndaşları məcburi qaydada əlavə 14 gün karantin nəzarəti altında saxlanılacaq. Mütəxəssislər bildirir ki, virusun inkubasiya müddəti 14 gündür.

coronavirus ile ilgili görsel sonucu"

ABŞ vətəndaşlarının yaxın ailə üzvləri, daimi sakinlər və uçuş heyətləri istisna olmaqla, Çinə son iki həftə ərzində səfər etmiş bütün qeyri ABŞ vətəndaşlarının ölkəyə girişinə icazə verilməyəcək.

Rusiyanın Volqoqrad vilayətində 6 məktəb qrip və kəskin respirator virus infeksiyası ilə əlaqədar karantinə bağlanıb. Daha 39 tədris müəssisəsində 96 sinif karantinə alınıb. Ümumilikdə vilayətdə 17 minə yaxın sakin qrip əlamətləri ilə xəstəxanaya müraciət edib, 98 nəfərdə xəstəlik təsdiq edilib. Uşaqlar arasında virusun yayılmasının qarşısının alınması məqsədi ilə məktəblərin bağlanması qərarı alınıb.

Çinin Uhan şəhərindən təxliyə edilmiş Belçika vətəndaşında isə koronovirus aşkarlanıb. Xəstənin vəziyyətinin stabil olduğu vurğulanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.