banner
banner

Sosİal

Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanda qar yağacaq,

Anomal isti hava şəraitindən sonra fevralın 7-dən ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, Bakıda fevralın 7-dək havanın temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir. Lakin anomal isti hava şəraitindən sonra çox uzun olmasa da, ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

U.Tağıyeva əlavə edib ki, fevralın 7-də axşam saatlarından başlayaraq, şimal-qərb küləyinin sürəti artacaq. Fevralın 8-dən fevralın 10-u səhərədək şimal-qərb küləyinin sürəti saniyədə 30-35 metrədək güclənəcək. Fevralın 9-da havanın temperaturunun enməsi fonunda sulu qar və qar yağacaq.

 

Respublikanın yollarının, xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.