Alimlər müasir texnologiyanın köməyi ilə dünyanın ən yaraşıqlı kişilərini müəyyən ediblər.
Axşam.az xəbər verir ki, tanınmış aktyorlar və idmançılar arasında həyata keçirilən axtarışda, üzün proporsional quruluşu olan qızıl bölmə prinsipindən istifadə edilib.
Siyahıda "Alatoranlıq" filmindəki obrazından sonra milyonlarla qadının sevimlisinə çevrilən britaniyalı aktyor Robert Pattinson birinci yeri tutub. Onun üzünün parametrləri ideala 92,5% yaxın olub.
İkinci yerdə isə “Superman” obrazını canlandıran britaniyalı aktyor Henri Kavillu qərarlaşıb.
Üçüncü yeri Bredli Kuper, 4-cü və 5-ci yerləri isə Bred Pitt və Corc Kluni tutub.
Onluğa aktyorlar Hyu Cekman, İdris Elba, Rayan Qoslinq, futbolçu Devid Bekhem və repçi Kanye Uest də daxil olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.