banner
banner

Sosİal

Seçki gününün şikayətləri - başağrısı, yüksək təzyiq

Seçki gününün şikayətləri

Parlament seçkiləri günü Bakıda təcili tibbi yardıma 30 müraciət daxil olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, müraciətlər əsasən başağrısı, yüksək təzyiq, şəkərli diabetlə bağlı olub: “Onlardan 3-ü xəstəxanaya aparılıb. Müraciət edənlər arasında həm seçkiləri müşahidə edənlər, həm də səs verməyə gələn şəxslər olub”.

Xatırladaq ki, seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyib. Böyük seçki məntəqələrində cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılmışdı.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.