banner
banner

Sosİal

Sumqayıtda şəhidlərə sayğısızlıq

Sumqayıtda şəhidlərə sayğısızlıq

Onların xatirəsinə ucaldılmış abidə dağılır, İcra Hakimiyyəti isə məsələni görməməzliyə vurur

Sumqayıtda proseslər tam nəzarətsiz şəkil alır. Şəhər İcra Hakimiyyəti və onun başçısı Eldar Əzizov haqqında şikayətlərin də sayı artmaqdadır. JAM.AZ xəbər verir ki, şəhərdə vəziyyət o həddə çatıb ki, artıq şəhidlərə də heç bir hörmət qoyulmayıb.

Belə ki, Sumqayıtın 9-cu mikrorayon yaşayış massivində yerləşən 11/17 saylı binanın arxasında şəhidlərin xatirəsinə tikilmiş abidə bərbad vəziyyətə düşüb. Uçmaq təhlükəsi ilə üz-üzə qalmış abidənin baxımsızlıq üzündən sıradan çıxmasına rəğmən, şəhər İcra Hakimiyyətinə edilən müraciətlərə heç bir əhəmiyyət verilmir.

JAM.AZ xəbər verir ki, həmin abidə çökərək, aşmaq təhlükəsi ilə üz-üzə qalıb. İctimaiyyət nümayəndələri isə məsələnin həlli üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək, onlardan lazımi tədbirlər görülməsini istəyiblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.