banner
banner

Sosİal

İki gün sonra Boz ay başlayır

İki gün sonra Boz ay başlayır

Bu dövrün hansı özəllikləri var?

Bir neçə gün sonra qışın ən sərt fazası olan Kiçik çillə öz yerini Boz aya təhvil verəcək. Məlum olduğu kimi, Kiçik çillə yanvarın 31-dən fevralın 19-dək davam edir. Artıq 20 fevraldan Boz ay başlayır.

Ümumiyyətlə, xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür. Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır. Təqvimə əsasən Böyük çillə dekabrın 21-dən daxil olur və yanvarın 30-dək davam edir. Daha sonra qeyd etdiyimiz kimi, Kiçik çillə və Boz ay gəlir.

Adətən Böyük çillə daha mülayim olsa da, Kiçik çillə daima şaxtalı, sərt soyuq havalarla müşahidə olunur. Həmişə sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.

Kiçik çillənin son çatması şaxtalı, sərt qışın sonu demək deyil. Boz ayda da havalar kifayət qədər sərt soyuqla müşahidə olunur.

Ümumiyyətlə, Boz ay Novruz bayramından əvvəl bir ayı əhatə edən dövrə verilən addır. Xalq arasında bu dövrə boz ayla yanaşı, “alaçalpo(v)”, “çilləbeçə”lər, “ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlandırılması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

Boz ayda olan dörd çərşənbə müqəddəs sayılıb və təbiətin dəyişilməsində dörd ünsür - su, torpaq, yel və od mühüm rol oynayıb. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri var.

Adətən insanlar Boz ayda Novruz bayramına hazırlaşır. İlk olaraq bayram səmənisi qoyular, evlərdə təmizlik işləri aparılar.

Boz ayla bağlı maraqlı bir faktı da qeyd edək ki, qış mülayim, qarsız-boransız keçsə də, novruzgülü Boz ay girməmiş heç vaxt açmır. Ən sərt keçən qışda isə Boz ayın əvvəlində cənub tərəfdə qarın altından zərif çiçəklər boylanır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.