Sosial şəbəkələrə giriş məhdudlaşdırıldı- TÜRKİYƏDƏ
Bu gün Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. Cia.az-ın “Ensonhaber”ə istiadən verdiyi məlumata əsasən, yerli vaxtla 13.00-da ölkədə "Facebook”, "Twitter” və “YouTube” sosial şəbəkələrinə giriş məhkəmə qərarı ilə dayandırılıb.
Bir qədər sonra "Facebook” açılıb. Prezident aparatının sözçüsü İbrahim Kalın sosial şəbəkələrə girişin prokuror Mehmet Səlim Kirazın görüntüləri ilə əlaqədar məhdudlaşdırıldığını, lakin hazırda hər hansı problemin olmadığını söyləyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.