Türkiyəli aktyor Berk Oktay və vəkil Merve Şarapçıoğlu arasında iki ildir davam edən qalmaqallı boşanma prosesi yekunlaşıb.
M.Şarapçıoğlu sənətçi haqda “Sədaqətsiz biridir, məni döyür” deyərək məhkəməyə müraciət ünvanlayıb. O, aktyordan 500 min lirə təzminat və aylıq 10 min lirə aliment tələb edib. Lakin Merve məhkəmənin rədd cavabı ilə qarşılaşıb.
Məhkəmədən sonra B.Oktay “Boşandığım üçün xoşbəxyəm, xeyirlisi olsun. Gizlilik qərarı davam etdiyi üçün bundan başqa heç nə deyə bilmərəm” deyə, bildirib.
Qeyd edək ki, cütlüyün boşanma prosesi davam edərkən “icloud” hesabları heklənmiş və onların intim fotoları sosial mediada yayılmışdı. Daha sonra fotoları yayanın M.Şarapçıoğlunun özü olduğu ortaya çıxmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.