İspaniya La Liqasında XXV turun mübarizəsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, günün ən maraqlı oyunu Xetafedə keçirilib.
Turnir cədvəlində 3-cü pillədə qərarlaşan "Xetafe" ən yaxın izləyicilərindən olan "Sevilya"nı qəbul edib. Rəqib qapısından 3 cavabsız top keçirən daha təcrübəli əndəlüs təmsilçisi qalib gəlməklə, turnir cədvəlində rəqibini geridə qoyub.
İlk "dördlüy"ə iddia edən daha iki komanda "Atletiko" ilə "Vilyarreal" Madriddə üz-üzə gəliblər. Qonaqlar matçın əvvəllərində hesabı açmalarına baxmayaraq, ev sahibləri sonda əzmkar qələbə qazanıblar.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb