banner
banner

Dünya

İraqda daha 6 nəfərdə koronavirus aşkar olunub

İraqda daha 6 nəfərdə koronavirus aşkar olunub

İraqda daha 6 nəfərdə yeni növ koronavirus pnevmoniyasına yoluxma halı qeydə alınıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “SHAFAQ News” xəbər portalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Altı yeni yoluxma halı diaqnostika edilib – onlardan ikisi Bağdadda, dördü isə Süleymanidə qeydə alınıb. Yoluxanların hamısı təzəlikcə İrandan qayıdıb. Hazırda onlar nazirliyin tibb müəssisələrində lazımi tibbi yardım alırlar. Müvafiq tədbirlər həmin şəxslərlə əlaqədə olan hər kəsə şamil edilir”, - deyə nazirlik bildirib.

Yeni yoluxma halları ilə birlikdə İraqda koronavirusa yoluxanların ümumi sayı 18 nəfərə çatıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.