Zakir Həsənov ön xətdə hərbi qulluqçularla görüşüb - VİDEO - FOTO
Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında söhbət aparılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.