Türkiyəli aktrisa Tuba Büyüküstün sevgilisi Umut Evirgən ilə restoranların birindən çıxarkən görüntülənib.
Axşam.az xəbər verir ki, sonuncu dəfə “Rise of Empires: Ottoman” ("İmperiyaların çiçəklənməsi: Osmanlı”) sənədli serialında rol alan aktrisa hamamda lentə alınan yarıçılpaq görüntülərinin tənqid olunmasına münasibət bildirib:
“Gördüyümüz işdən müsbət rəylər aldıq. Bu məni çox sevindirir. Mənfi fikirləri isə anlaya bilmirəm”.
Aktrisa evliliklə bağlı suallara isə “Hazırda bu barədə düşünmürük” deyə cavab verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.