banner
banner

Dünya

Rəcəb Tayyib Ərdoğan bu gün İrana səfər edəcək

Rəcəb Tayyib Ərdoğan bu gün İrana səfər edəcək

Türkiyə prezidentinin rəhbərlik etdiyi nümyəndə heyəti bu gün İrana rəsmi səfərə yola düşür.
"Report"un məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Ankaranın Esenboğa havalimanından Bakı saatı ilə 09.30-da Tehrana uçacaq.
Səfər çərçivəsində Türkiyə prezidentinin həmkarı Həsən Ruhani və İranın Ali dini rəhbəri Ayətulla Əli Xameneyi ilə görüşü planlaşdırılır.
Prezident Ərdoğan Türkiyə-İran Əməkdaşlıq Şurasının ikinci sammitinə qatılmalıdır. Onun 14 milyard dollar təşkil edən qarşılıqlı ticarətin genişləndirilməsini təklif edəcəyi gözlənilir.
İranın nüvə proqramına dair razılığın şərtlərinə görə sanksiyaların yüngülləşdirilməsi ilə Türkiyə mənfəət əldə edəcəyini düşünür.
Təhlilçilər hesab edir ki, iki qonşu ölkə arasında düşmənçiliklə əməkdaşlıq arasında balans saxlanılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.