Pop diva Madonna 25 il sonra yenidən "Cosmopolitan" jurnalı üçün fotokamera qarşısına keçib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fotosessiya ilə yanaşı müğənninin müsahibəsi də jurnalda dərc olunub. O, məşhurluğun daimi olmadığını deyib:
"Məşhurluq gəlir və gedir. Sən, sadəcə, kim olduğuvu bilməlisən. Nə üçün bu nöqtədə olduğuvu, məqsədivi bilməlisən".
Qeyd edək ki, Madonna ilk dəfə 1990-cı ildə adı çəkilən jurnalın üz qabığı üçün foto çəkdirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.