"Könüldən elə addım gözləmirdim" - Kamilə Babayeva
Aparıcı Kamilə Babayeva ATV-də yayımlanacaq “5-ci element” verilişinin gecikmə səbəblərini açıqlayıb. Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı layihənin payızda efirə gedəcəyini bildirib: “Dörd elementi (Kamilə Babayeva, Hüsniyyə Məhərrəmova, Rüfət Ağayev, Ranar Musayev - red.) bir araya gətirmək çətindir. Aramızda olan iki aparıcımızın bu mövsüm işləri çıxdı. Bu həm iş, həm də maddi maraq tərəfdən onlara uğur gətirəcək. Veriliş hazırdır. Ancaq mayda iki bölüm təqdim edib, yenidən tətilə getmək istəmədik. Kanal və komanda dəyişilməz olaraq qalır. Layihə payızda efirə gedəcək”. K.Babayeva “Tərkedilmiş” filminin qala gecəsində aktrisa Könül Nağıyevanın səhnədən ona təşəkkür etməsinə də münasibət bildirib: “Tam səmimi deyirəm, Könüldən elə addım gözləmirdim. Mənə sürpriz oldu. O sözlərin dəyəri hər şeydən üstün idi”. Uzun fasilədən sonra yenidən efirə qayıdan aparıcı təkliflər gözlədiyini deyib: “Ana olmazdan əvvəl film, serial təklifləri alırdım. Artıq yoxdur. İndi geri qayıtmışam, bütün təkliflərə açığam”. K.Babayeva hazırda aparıcılarda tez-tez rast gəlinən dil qüsurlarından danışaraq “Bu, böyük problemdir. İndi elə qüsurlar çoxdur. Səmimiyyət başqadır. Bunu peşəkarlıqla qarışdırmasınlar. Bu cür qüsurlara münasibətim neqativdir”, - deyə söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.