banner
banner

Dünya

Braziliya prezidenti koronavirusa yoluxdu

Braziliya prezidenti koronavirusa yoluxdu

Dövlət başçısının koronavirusa yoluxması ilə bağlı ilk hal qeydə alınıb.

Virtualaz.org xarici KİV-lərə istinadən bildirir ki, Braziliya Prezidenti Jair Bolsonarudan koronavirusla bağlı götürülmüş test müsbət nəticə verib.

Təhlillərin digər nəticələri martın 13-də açıqlanacaq.

Bundan əlavə, prezidentin mətbuat katibi Fabio Vaynqarten də analiz verib və onda da koronavirus aşkar edilib.

Qeyd edək ki, Braziliyanın yüksək səviyyəli nümayəndə heyəti martın 7-dən 10-dək ABŞ-da səfərdə olub, bu müddətdə Braziliya prezidenti və komandası ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.