banner
banner

Dünya

Koronavirusun bioloji silah olması... - İran hərəkətə keçdi

Koronavirusun bioloji silah olması... -

Yeni tip koronavirusun bioloji silah olması ilə bağlı yayılan məlumatlardan sonra İran hökuməti Səhiyyə və tibb qərargahı yaradır.

Axar.az xəbər verir ki, bu barədə İranın Ali dini lideri Əli Xamenei göstəriş verib.

“Koronavirusun bioloji silah ola biləcəyinə dair dəlilləri nəzərə alaraq, yaradılacaq qərargah problemin qarşısının alınmasında xidmət göstərə bilər. Eyni zamanda, Silahlı Qüvvələrin koronavirusla bağlı bütün işləri qərargah tərəfindən idarə olunacaq”, - dini lider göstərişində bildirib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə virusdan ölənlərin sayının 429 nəfərə çatdığını bildirib. Ümumilikdə İranda 10 075 koronavirusdan əziyyət çəkir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.