banner
banner

Dünya

Türkiyədə 3 nəfər koronavirus qorxusundan öldü - saxta spirt içiblər (FOTO)

Türkiyədə 3 nəfər koronavirus qorxusundan öldü

Türkiyədə 3 nəfər koronavirusdan qorunmaq üçün saxta içki qəbul edib. Onlardan 2-si dünyasını dəyişib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Zeytunburnu bölgəsində bir evdə kirayədə yaşayan 3 nəfər spirtli içki qəbul ediblər.

Səhər dostları onlardan xəbər ala bilmədiyi üçün polisə məlumat veriblər. Mənzilin qapısını sındıran polis əməkdaşları orada iki nəfərin cansız bədənini aşkar ediblər. Məlum olub ki, ölənlər Türkmənistan vətəndaşları A.Əsgər və E.Narmuratdır. Mənzildə ağır vəziyyətdə tapılan P.Doskabul isə hazırda komadadır.

Polis əməkdaşları müəyyən ediblər ki, hər 3 şəxs xeyli miqdarda saxta spirtli içki qəbul ediblər.

Bildirək ki, dünən Türkiyədə Türkmənistan vətəndaşı olan K.Ereş də şaxta içkidən dünyasını dəyişmişdi.

Araşdırmalar zamanı məlum olub ki, saxta içkidən zəhərlənən Türkmənistan vətəndaşlarına həmin içkini satanlar elə öz həmyerliləri olub. Həmin şəxslər polis tərəfindən saxlanılıb.

Türkiyə mətbuatının yazdığına görə saxta içkidən zəhərlənən şəxslər koronavirus təhlükəsindən qorunmaq üçün həmin gün spirtli içkilər qəbul ediblər.

index.jpg (51 KB)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.