banner
banner

Dünya

Fransada 16 yaşlı qız koronavirusdan ölüb

Fransada 16 yaşlı qız koronavirusdan ölüb

Fransada əvvəllər heç bir xroniki xəstəliyi olmayan 16 yaşlı, Culi A. adlı qız koronavirusdan vəfat edib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Mirror” qəzeti məlumat yayıb.

Verilən informasiyada qızın Avropada infeksiyadan dünyasını dəyişən ən gənc insan olduğu bildirilir. Qəzet fransız vətəndaşının Paris xəstəxanalarının birində tənəffüs çatışmazlığından keçindiyini yazıb. Mərhumun bacısı insanları COVİD-19 xəstələyinin sadəcə qocalara toxunduğu barədə yanlış fikirləridən qurtulmağa çağırıb.

Bundan öncə İtaliyada 101 yaşlı bir kişinin koronavirusdan sağaldığı xəbəri yayılıb. Yerli hakimiyyət bunu bütün tibb personalı üçün ən pozitiv xəbər və “gələcək üçün ümid” adlandırıb.

Böyük Britaniyanın İmperiya kolleci isə tədbirlərin alınmadığı təqdirdə pandemiyanın 2020-ci ildə 40 milyon insanı canını alacağını xəbər edib.

Dünyanın ən prestijli araşdırma mərkəzlərindən və universitetlərindən sayılan İmperiya kollecinin ekspertləri ümumiyyətlə heç bir tədbirin görülmədiyi halda 7 milyard insanın 1 ildə yoluxa biləcəyini bildirib. Britaniyalı mütəxəssislər infeksiyaya qarşı mübarizə üçün insanlar arasında təmasın 40%, yaşlılarla isə 60% azaldılmasının vacibliyini vurğulayıb.

Bundan başqa COVİD-19 səbəbindən inkişaf etməkdə olan ölkələrin varlı dövlətlərə nisbətən daha çox insan itirəcəyi də təxmin edilib.

Bu ilin mart ayında Çin ekspertləri “JAMA Cardiology” jurnalında koronavirusun yayılması nəticəsində ürək-damar sistemi xəstəliklərinin 4,5 dəfə artdığını bildiriblər.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.