banner
banner

Dünya

Ukraynada koronavirusa yoluxanların çoxu gənclərdir

Ukraynada koronavirusa yoluxanların çoxu gənclərdir

Ukraynada koronavirusa daşıyıcılarının yaş qrupları məlum olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada COVID-19 daşıyıcılarının ən az 22%-i yaşı 0-30 arası olan insanlardır.

Bundan başqa, yoluxanların 5,4%-i yaşı 0-10 arası olan uşaqlardır.

Ümumilikdə, yaş qrupları üzrə statistika aşağıdakı kimidir:

0-dan 10-dək — 5,4%;
11-dən 20-dək — 4,5%;
21-dən 30-dək — 12,5%;
31-dən 40-dək — 22,4%;
41-dən 50-dək — 20,4%;
51-dən 60-dək — 21,3%;
61-dən 70-dək — 11,9%;
71-dən 80-dək — 1,4%;
81-dən 90-dək — 0,2%.

Qeyd edək ki, Ukraynada koronavirusa ilk yoluxma faktı martın 2-də qeydə alınıb. Hazırda ölkədə virus daşıyıcılarının rəsmi sayı 475 nəfərdir. İnfeksiya qurbanlarının sayı isə 10-a çatıb.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.