banner
banner

Dünya

Moskvada koronavirusdan iki nəfər ölüb

Moskvada koronavirusdan iki nəfər ölüb

Moskvada koronavirusdan iki nəfər dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, Moskva ətrafındakı Kommunarka qəsəbəsində yerləşən tibb mərkəzində ötən gün ərzində koronavirusа yoluxmuş iki nəfər vəfat edib. Xəstəxananın baş həkimi Denis Protsenko özünün “Facebook” səhifəsində yazıb ki, ötən gün ərzində koronavirus diaqnozu qoyulmuş 80 və 69 yaşlı iki xəstə dünyasını dəyişib.

Sutka ərzində mərkəzə 28 xəstə daxil olub. Xəstəxanada ümumilikdə 348 nəfər müalicə olunur, onların 78-də COVID-19 diaqnozu təsdiq edilib, daha 115 nəfərdə bu virusun olduğu ehtimalı var.

Qeyd edək ki, Moskva və Moskva vilayətində özünütəcrid rejimi tətbiq edilib. Hazırda vətəndaşlara yalnız təcili tibbi və digər yardımlar üçün müraciət edərkən, işə getmək, ərzaq və dərman almaq, habelə it gəzdirmək üçün evdən çıxmağa icazə verilir. Moskva meri Sergey Sobyanin öz saytında bildirib ki, yaxın günlərdə texniki məsələlər həll edildikdən sonra küçəyə yalnız xüsusi buraxılış vərəqəsi ilə çıxmaq mümkün olacaq. Mer vurğulayıb ki, Rusiya paytaxtında və ətraf ərazilərdə nəzarət tədbirləri tədricən gücləndiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.