ABŞ-ın Venesuelaya münasibətdə təhdidləri vəhşi Qərb dövrünün fəaliyyətidir. Əgər ölkə rəhbərliyinin nümayəndələrinin başından bir tük belə düşsə, xalq və ordu onu müdafiə edəcək.
Axar.az xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.
“Bizi heç bir Amerika aqressiyası qorxutmur. Əgər hansısa birimizin başından bir tük belə düşsə, bizim xalqın, polisin buna qarşı planı olacaq. Bu, istənilən aqressiyaya milli və beynəlxalq cavab olacaq”, – deyə o bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.