Sənətçi oğluna Ərdoğanın adını verdi- "Eymen Tayyip"
Türkiyənin tanınmış sənətçisi Ece Erken ana olub. Cia.az "yenişafak.com"a istinadən verdiyi xəbərə görə, iyul ayında Serkan Uçarla ailə quran Erken, bu gün oğlunu qucağına alıb.
Cütlük uşağa Türkiyə prezidentinin Recep Tayyip Erdoğanın adını verib. Körpənin adı Eymen Tayyip qoyulub. 3.5 kq olan Eymen Tayyipin səhhəti qaydasındadır. Cütlük sevincini sosial şəbəkə vasitəsi ilə paylaşıb. Uşağın üzünün fotoda yer almaması da diqqət çəkib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.